"Tarix həmişə hər şeyi öz yerinə qoyur"

Ümummilli lider Heydər Əliyev

logoimg

Professor Aida İmanquliyeva tədqiqatlarında gender və qadın hüququ fəlsəfi paradiqmaları

news image

Professor Aida İmanquliyeva tədqiqatlarında gender və qadın hüququ fəlsəfi paradiqmaları

2025-10-12 10:55:34

Anam dünya şöhrətli alim idi, onun əsərləri

bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva.

Müasir Azərbaycan humanitar-ictimai elmi tədqiqatlarında dəyərli əsərləri ilə yeri və rolu olan görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva araşdırmalarının vacib əhəmiyyəti vardır. Ölkənin Birinci Xanımı Mehriban Əliyeva söyləyir ki: “Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm”.

XX əsr Azərbaycan ictimai elmində xüsusi çəkisi, dəyərli əsərləri ilə öz yeri və rolu olan professor Aida İmanquliyeva araşdırmalarının vacib əhəmiyyəti vardır. Aida İmanquliyevanın əsas tədqiqat predmeti olan ərəb muhacir ədəbiyyatının nümayəndələri öz fikir və yanaşmalarında bir Şərqli olaraq, həm də Qərb dünyası düşüncəsi ilə bağlıdırlar. Aida İmanquliyeva tədqiqatlarında milli mənəvi dəyərlər sistemi bəşəriliklə verilərək, mədəniyyətlər və sivilizasiyalararası problemlərin oxşar və fərqlilikləri multikultural vəhdətdə elmi təhlilə gətirilmişdir. Aida İmanquliyeva, öz araşdırmalarında sosio-mədənilik ilə ədəbiyyatşunaslığın əlaqəsində məhz Şərq və Qərb komparativistikasının fəlsəfi nəzəriyyəsini yaradır. Bu da müasir elmi yanaşmalarda multidissiplinar tədqiqatlardır kimi xarakterizə olunur.